Bakı. Trend:
Nigeriyanın şimal-qərbində baş verən yol qəzası nəticəsində 30
nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb.
Trend xəbər verir
ki, hadisə Kvanar Barde ərazisində qeydə alınıb. Məlumata görə,
qəza yük maşınının sürücüsünün ehtiyatsızlığı səbəbindən baş
verib.
Ölkənin Federal Yol Təhlükəsizliyi Qurumunun məlumatına əsasən,
Nigeriyada 2024-cü il ərzində ümumilikdə 9 570 yol qəzası qeydə
alınıb. Bu qəzalar nəticəsində 5 421 nəfər ölüb.
Mütəxəssislər bildirirlər ki, yol infrastrukturunun zəifliyi,
qanunların lazımi səviyyədə icra olunmaması və bəzi sürücülərin
intizamsız davranışı bu acınacaqlı statistikanın əsas
səbəbləridir.
Qeyd olunur ki, Afrika dünyada yol qəzalarının ən çox baş
verdiyi regiondur. Halbuki, dünya üzrə mövcud nəqliyyat
vasitələrinin cəmi 3 faizi bu qitənin payına düşür.

