Bələdiyyələr hara daha çox pul xərcləyir?

Baş səhifə

Bakı. Trend:

2025-ci il ərzində bələdiyyələr tərəfindən yerli əhalinin
rifahının yaxşılaşdırılması, həssas əhali qruplarının sosial
müdafiəsinin dəstəklənməsi naminə sosialyönümlü layihələrin icrası
prioritet məsələlərdən biri olub.

Trend-in
məlumatına görə, bu məlumat Milli Məclisin Regional məsələlər
komitəsinin bugünkü iclasında müzakirə edilən bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı
Ədliyyə Nazirliyinin 2025-ci il üzrə illik məruzəsində öz əksini
tapıb.




Bildirilib ki, respublika üzrə abadlıq işlərinə 10
milyon manata yaxın
, sosial müdafiə və sosial təminatla
bağlı xərclərə 1.7 milyon manatdan çox, gənclər
siyasəti, təhsil və digər sosial tədbirlərlə bağlı layihələrə
500 min manata yaxın vəsait ayrılıb.