
Bakı. Trend:
İnzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 3
142 hektar torpaq sahəsinin qanunsuz ayrılmasına dair
bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə Ədliyyə Nazirliyi
tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar
verilib.
Trend-in
məlumatına görə, bu məlumat Milli Məclisin Regional məsələlər
komitəsinin bugünkü iclasında müzakirə edilən bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı
Ədliyyə Nazirliyinin 2025-ci il üzrə illik məruzəsində öz əksini
tapıb.
Bildirilib ki, nəticədə 3 121 hektar torpaq
sahəsinin icarəyə, 21 hektar torpaq sahəsinin isə
mülkiyyətə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib.
Həmçinin, 2025-ci il ərzində örüş sahələrinin qanunsuz olaraq
ayrı-ayrı şəxslərə ayrılması, zəbt olunması və digər pozuntulara
qarşı qanunamüvafiq tədbirlər davam etdirilib.
Nəticədə 2 057 hektar örüş sahəsi ilə bağlı
qanunsuz bələdiyyə aktları inzibati nəzarət orqanının təklifləri və
ya məhkəmələrə verilmiş iddialar əsasında ləğv olunub və ya
dəyişdirilib.

