Bakı. Trend:
Hindistanın Haryana ştatının Fəridabad dairəsində, Surackənd
yarmarkasında attraksionun uçması nəticəsində bir nəfər ölüb, 13
nəfər xəsarət alıb.
Trend-in
məlumatına görə, videogörüntülərdə nəhəng fırlanan yelləncəklərin
yan dayağının oturacaqlar ən yüksək nöqtədə olarkən qırıldığı və
insanların aşağıya düşdüyü görünür.
Qeyd olunub ki, insident zamanı platformanın əyildiyini görüb
insanları xilas etməyə çalışan polis inspektoru həlak olub, xəsarət
alan 13 nəfər isə xəstəxanaya yerləşdirilib.
Fəridabad dairə komissarı Ayuş Sinqhin bildirib ki, platformanın
operatoru barəsində cinayət işi açılacaq.

