“Sabah” əcnəbi hücumçunun transferini açıqlayıb

Baş səhifə
Sabah əcnəbi hücumçunun transferini açıqlayıb

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan “Report”a verilən məlumata görə, qabonlu hücumçu Patrik Orfe Mbina bundan sonra “bayquşlar”ın uğurları üçün çalışacaq.

25 yaşlı futbolçu Sloveniyanın “Maribor” klubundan icarəyə götürülüb. İcarə müqaviləsi cari mövsümün sonuna kimi nəzərdə tutulub. Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, “Sabah” FK icarə müddətinin sonunda futbolçunun birbaşa transfer hüququna malik olacaq.

Mbina karyerası ərzində Qabonun “Port-Jantil” (2016-2018), Fransanın “Kolomye” (2018), “Bezye B” (2019-2020), “Qrenobl B” (2020-2021), “Bove” (2021-2022), “Şamalyer” (2022-2023), “Nim” (2023-2024), Portuqaliyanın “Leyriya” (2025, icarə) və Sloveniyanın “Maribor” (2024-2025) komandalarında çıxış edib. Qabon millisinin də üzvü olan futbolçu yığmada 5 oyun keçirib.