Bakı. Trend:
ABŞ administrasiyası Omanda İran nümayəndələri ilə danışıqlar
aparmağa razılıq verib və məsləhətləşmələrin fevralın 6-da
keçirilməsi gözlənilir.
Trend-in məlumatına görə, bu barədə “Axios” internet portalının
jurnalisti Barak Ravid “X” sosial şəbəkəsində yazıb.
Ərəb dövlətlərindən birindəki mənbəsinin sözlərinə görə, “ABŞ və
İran arasında nüvə proqramı ilə bağlı danışıqların cümə günü Omanda
keçirilməsi gözlənilir”.

