Norveç səfiri Azərbaycan Prezidentinə minnətdarlığını bildirib

Baş səhifə
Norveç səfiri Azərbaycan Prezidentinə minnətdarlığını bildirib

Norveçin Azərbaycandakı səfiri Andreas Qaarder qəbula görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

“Report”un verdiyi məlumata görə, o, bu barədə “X” sosial şəbəkəsində yazıb.

“Bu gün Zati-aliləri Prezident Əliyev tərəfindən qəbul edilmək və Norveçin Azərbaycandakı səfiri kimi etimadnamələrimi təqdim etmək mənim üçün şərəf oldu”, – paylaşımda deyilir.