Tofiq Musayev UFC-də ikinci qələbəsini qazanıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan döyüşçüsü Tofiq Musayev Mütləq Döyüş Çempionatında
(UFC) növbəti görüşünü keçirib.

36 yaşlı idmançı Serbiyanın paytaxtı Belqraddakı turnirdə
slovakiyalı Lyudovit Kleynlə üz-üzə gəlib.




Musayev ikinci raundda rəqibinə texniki nokautla qalib
gəlib.

Qeyd edək ki, bu, Tofiq Musayevin UFC-də ikinci qələbəsi olub.
O, daha əvvəl Amerika Birləşmiş Ştatlarında keçirilən UFC
turnirində çilili İqnasio Bahamondesi məğlub edib.