Sabirabadın bəzi kəndlərində qaz kəsiləcək

Baş səhifə

Bakı.Trend:

Sabirabad rayonunun bəzi kəndlərinin qaz təchizatında fasilə
yaranacaq.

Trend xəbər
verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.




Bildirilir ki, Sabirabad rayonunun Qarağac, Minbaşı, Dadaşbəyli
kəndlərini, həmçinin Şirvan şəhəri Bayramlı qəsəbəsini (1537
abonent) təbii qazla təmin edən Dş 200 mm-lik yeraltı politlen qaz
kəmərini digər təşkilata məxsus texnikanın zədələməsi nəticəsində
qaz təchizatı 28.01.2026-cı il saat 17:50-dən etibarən
dayandırılmışdır. Təmir işlərinin görülməsi və qaz təminatının
bərpası növbəti günə planlaşdırılır.