
Bakı.Trend:
Ötən gün Bab əl-Məndəb və Hörmüz boğazlarından keçən gəmilərin
sayı əvvəlki günlərlə müqayisədə əhəmiyyətli dərəcədə azalıb.
Bu barədə “Reuters” agentliyi gəmiçilik məlumatlarına istinadən
xəbər yayıb.
Dəniz daşımalarının monitorinqi ilə məşğul olan “Kpler”
platformasının məlumatına əsasən, çərşənbə günü Hörmüz boğazından
cəmi iki gəmi keçib. Halbuki əvvəlki gün bu göstərici səkkiz gəmi
olub.
Fevral ayında ABŞ-İran müharibəsi başlamazdan əvvəl bu strateji
dəniz yolundan gündə təxminən 130–140 gəmi keçirdi.
“Kpler”in məlumatına görə, Bab əl-Məndəb boğazından isə çərşənbə
günü yalnız bir yük gəmisi – Baham adaları bayrağı altında üzən
quru yükdaşıyan gəmi keçib. Bu göstərici əvvəlki gün 20 gəmi təşkil
edirdi.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik
iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və
Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq,
Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə
İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ
Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını
bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər,
Küveyt, BƏƏ və Oman

