Azərbaycanın dövlət borci AÇIQLANDI

Baş səhifə

1 yanvar 2026-cı il tarixinə Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 25987,5 milyon manat və ya 2025-ci il üzrə 129094,0 milyon manat məbləğində ümumi daxili məhsulun (ÜDM) 20,1 faizini təşkil edir.

Modern.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.

“1 yanvar 2026-cı il tarixinə beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş istiqrazlar, habelə əməkdaşlıq etdiyimiz müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində faktiki istifadə olunmuş hissə üzrə yerinə yetirilmiş öhdəliklər nəzərə alınmaqla xarici dövlət borcu 4813,5 milyon ABŞ dolları və ya ÜDM-in 6,3 faizini təşkil edir”, – məlumatda qeyd edilib.

Daxili dövlət borcunun səviyyəsi isə 2026-cı il 1 yanvar tarixinə 17804,5 milyon manat və ya ÜDM-in 13,8 faizi səviyyəsində olub.