Avtobusun altında köməksiz qalan şəxs xilas edildi (FOTO/VİDEO)

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Lənkəran rayonunun Velədi kəndində vətəndaşın köməksiz vəziyyətdə
qalması barədə məlumat daxil olub.

FHN-dən Trend
verilən məlumata görə, dərhal nazirliyin Cənub Regional Mərkəzinin
xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən
olunub ki, vətəndaş – 1970-ci il təvəllüdlü Məhərrəmov Taleh Abidin
oğlu “İsuzu” markalı avtobusun təmiri zamanı nəqliyyat vasitəsinin
dayaqdan sürüşməsi nəticəsində avtobusun altında köməksiz
vəziyyətdə qalıb.




Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin tətbiqi
ilə T. Məhərrəmov nəqliyyat vasitəsinin altından çıxarılaraq xilas
edilib.