
Bakı. Trend:
2025-ci ildə Azərbaycanda dəniz nəqliyyatı ilə 2,565 milyard ABŞ
dolları dəyərində 2,681 milyon ton yük daşınıb.
Bu haqda Trend-ə
Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə
müqayisədə dəyər ifadəsində 83 milyon ABŞ dolları və ya 3,1%, həcm
ifadəsində isə 128 min ton və ya 4,6% azdır,
Hesabat dövründə Azərbaycandan dəniz nəqliyyatı ilə 171,5 milyon
ABŞ dolları dəyərində 261,5 min ton yük ixrac olunub, ki bu, öncəki
illə müqayisədə dəyər ifadəsində 74,3 milyon ABŞ dolları və ya
76,4%, həcm ifadəsində isə 166 min ton və ya 2,7 dəfə çoxdur.
2025-ci ildə Azərbaycana dəniz nəqliyyatı ilə 2,393 milyard ABŞ
dolları dəyərində 2,419 milyon ton yük idxal olunub ki, bu
göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər
ifadəsində 157 milyon ABŞ dolları və ya 6,2%, həcm ifadəsində isə
293 min ton və ya 10,8% azdır.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda yük nəqliyyat vasitələri
ilə 49,423 milyard ABŞ dolları dəyərində ümumilikdə 58,338 milyon
ton yük daşınıb. Bu, dəyər baxımından əvvəlki ilin müvafiq dövrü
ilə müqayisədə 1,811 milyard ABŞ dolları və ya 3,8% çox, həcm
baxımından isə 1,369 milyon ton və ya 2,3% azdır.
Hesabat dövründə Azərbaycandan nəqliyyat vasitələri ilə
ümumilikdə 25,043 milyard ABŞ dolları dəyərində 47,595 milyon ton
yük ixrac olunub. Bu, dəyər baxımından əvvəlki illə müqayisədə 42
milyon ABŞ dolları və ya 0,9% az, həcm baxımından isə 1,511 milyon
ton və ya 5,7% azdır.


