Çilinin cənubundakı meşə yanğınlarında ölənlərin sayı 19-a çatıb

Baş səhifə

Bakı. Trend:

Çilinin cənubunda baş verən meşə yanğınları nəticəsində azı 19
nəfər həlak olub.

Trend xəbər verir
ki, bunu ölkənin daxili işlər naziri Alvaro Elizalde yanvarın 19-da
mətbuat konfransında açıqlayıb.

Nazirin sözlərinə görə, hazırda 19 ölüm faktı qeydə alınıb, 630
nəfər isə müvəqqəti sığınacaqlara yerləşdirilib.




Yanğınlar nəticəsində ən azı 325 ev tamamilə məhv olub. Xəsarət
alan sakinlərin sayının 1500-dən çox olduğu təxmin edilir. Bir neçə
icmada təxliyə əmri verilib.

Çilinin Milli Meşəçilik Korporasiyası bazar ertəsi axşam
saatlarında ümumi sahəsi 32 600 hektardan çox olan 31 meşə yanğını
ilə mübarizə aparıldığını bildirib.

Qeyd edək ki, şiddətli yanğınlar yanvarın 17-də quru və isti
hava şəraitində başlayıb. Ən ağır vəziyyət fövqəladə vəziyyət elan
edilən Bio Bio və Nüble bölgələrində qeydə alınıb.