Oğuzda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Baş səhifə
Oğuzda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Oğuz rayonunda ağır yol qəzası baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Kərimli kəndindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan “Mercedes Vito” markalı yük avtomobili ilə “KİA” markalı minik avtomobili toqquşub.

Qəza zamanı bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Əraziyə polis əməkdaşları cəlb olunub.