Yaponiyada 5,1 bal gücündə zəlzələ baş verib

Baş səhifə

Bakı. Trend:

Yaponiyanın şimal-şərqində 5,1 bal gücündə zəlzələ baş
verib.

Trend-in məlumatına görə, bu barədə ölkənin milli meteorologiya
idarəsi xəbər verib.




Məlumata əsasən, zəlzələnin episentri İvate prefekturası
ərazisində, ocağı isə 60 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Zəlzələdən sonra sunami xəbərdarlığı verilsə də, bir neçə dəqiqə
sonra xəbərdarlıq ləğv edilib.