Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp İrana zərbə endirmək üçün bir neçə
variantı nəzərdən keçirir və bu barədə ordu ona məlumat verib.
Trend-in məlumatına görə, bu barədə “The New York Times” qəzeti
xəbər verib.
“Prezident Tramp son günlərdə etirazçıları susdurduğuna görə
İrana hücum təhdidini həyata keçirməyi düşündüyü üçün İrana qarşı
hərbi hücumların yeni variantları barədə məlumat verilib”, – deyə
qəzet bir neçə Amerika rəsmisinə istinadən bildirib.
Məlumata əsasən, D.Tramp “yekun qərar verməyib”.
Qəzetin mənbələrinə görə, “prezidentə Tehranda qeyri-hərbi
hədəflərə zərbələr endirmək də daxil olmaqla bir sıra variantlar
təqdim edilib”.

