İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Tobi Kolayer Çempionşip təmsilçisi “Hall Siti”nin hədəfindədir.
“Report” insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, klub 22 yaşlı ingiltərəli oyunçunu icarəyə götürmək üçün qarşı tərəfə rəsmi sorğu göndərib.
Lakin “qırmızı şeytanlar” hələlik bu təklifə cavab verməyiblər. Buna səbəb Mançester təmsilçisinin yeni baş məşqçi təyinatını gözləməsidir. Danışıqlar yeni mütəxəssis bəlli olana qədər təxirə salınıb.
Tobi Kollayer mövsümün ilk yarısını icarə əsasında “Vest Bromviç”də keçirib və burada meydana çıxdığı 12 matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Mançester Yunayted” yanvarın 5-də Ruben Amorimin baş məşqçi postundan getdiyini elan edib. Hazırda komanda İngiltərə Premyer Liqasında 21 turdan sonra 32 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

