Hindistanda azı 13 nəfər ildırım vurması nəticəsində ölüb

Baş səhifə

Bakı.Trend:

Hindistanın şərqində yerləşən Carkhand ştatında ildırım vurması
nəticəsində azı 13 nəfər ölüb.

Bu barədə yerli polis məlumat yayıb.




“13 nəfərdən 8-i Giridih rayonunda, 3-ü Dumka rayonunda, 2-si
isə Latehar rayonunda həlak olub”, – deyə polis bildirib.

Hindistan Meteorologiya Departamenti bu ilin yanvar ayında
açıqlamışdı ki, 2025-ci ildə Carkhand ştatında 200-dən çox ölüm
hadisəsi qeydə alınıb və onların əsas səbəbi qasırğas zamanı
ildırım vurması olub.