“Trabzonspor” Məhəmməd Salahın transferi üzrə razılıq əldə edib

Baş səhifə

Bakı. Trend:

Türkiyənin “Trabzonspor” klubu misirli hücumçu Məhəmməd Salahın
transferi ilə bağlı razılıq əldə edib.

Bu barədə Türkiyə mediası məlumat yayıb.




Məlumata əsasən, futbolçunun İstanbula gətirilməsi üçün avqustun
5-də Yunanıstana xüsusi təyyarə göndəriləcək. Salahın burada “Trabzonspor”un prezidenti Ərtuğrul Doğanla görüşəcəyi, tibbi
müayinədən keçəcəyi və daha sonra rəsmi müqaviləyə imza atacağı
gözlənilir.

Bundan sonra 34 yaşlı hücumçu klub rəhbərliyi ilə birlikdə
Trabzona yollanacaq.