Slovakiya paytaxtında 40,8 dərəcə isti qeydə alınıb

Baş səhifə

Bakı. Trend:

Slovakiya paytaxtı Bratislavada havanın temperaturu 40,8
dərəcəyə çataraq yeni tarixi rekord qeydə alınıb.

Bu barədə “Markiza2 televiziya kanalı məlumat yayıb.




Bildirilib ki, Slovakiya paytaxtında meteoroloji müşahidələrin
aparıldığı yüz ildən artıq müddət ərzində ilk dəfə belə yüksək
temperatur qeydə alınıb.

Meteoroloqlar respublikada anomal isti hava şəraitinin daha da
güclənə biləcəyini istisna etmirlər.