Bakı. Trend:
ABŞ-İran danışıqlarında vasitəçilik edən Qətər, Oman və Pakistan
Vaşinqton və Tehran arasında anlaşmaya nail olmaq üçün əllərindən
gələni etməyə davam edirlər.
Bu barədə Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi Məcid bin
Məhəmməd əl-Ənsari bildirib.
“Qətər, Oman və Pakistan İran və ABŞ-nin bir araya gətirərək
anlaşmaya nail olmaq üçün yorulmadan çalışırlar”, – deyə o
bildirib.
O qeyd edib ki, Qətərin hazırda əsas prioriteti Yaxın Şərqdəki
gərginliyin qarşısını almaq və diplomatik həlli təşviq etməkdir.
Əl-Ənsari bu işin davam etdiyini və bir neçə Yaxın Şərq ölkəsinin
bu işə cəlb olunduğunu vurğulayıb.

