ABŞ İranla münaqişə zamanı THAAD raket ehtiyatlarının 80 faizini istifadə edib

Baş səhifə

ABŞ ordusu İranla münaqişə zamanı əsas raketdən müdafiə sistemi olan THAAD üçün nəzərdə tutulan raket ehtiyatlarının təxminən 80 faizini istifadə edib.

APA xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, Pentaqon rəhbərliyi döyüş sursatı ehtiyatlarının təhlükəli dərəcədə aşağı səviyyəyə düşdüyü barədə xəbərdarlıq edir.

Telekanalın yaydığı daha bir xəbər də odur ki, ABŞ həmçinin “Patriot” zenit-raket kompleksləri üçün nəzərdə tutulan raket ehtiyatlarının da təxminən yarısını xərcləyib.

Qeyd olunur ki, bu göstəricilər Pentaqonun son inventar hesabatında öz əksini tapır.