HƏMAS tamamilə tərksilah olunana qədər İsrail Qəzzanı tərk etməyəcək – Netanyahu

Baş səhifə

Bakı. Trend:

İsrail Fələstinin “HƏMAS” hərəkatı tərksilah olunana qədər Qəzza
zolağındakı mövqelərindən geri çəkilməyəcək.

Bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu açıqlamasında
bildirib.




“Təhlükəsizlik maraqlarımızı müdafiə etməkdə qətiyyətliyəm. “HƏMAS” tamamilə tərksilah olunana qədər [Qəzza zolağında] mövcud
xətlərdən geri çəkilməyəcəyik”, – deyə o qeyd edib.

B. Netanyahunun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp “və
onun komandası HƏMAS-ı tərksilah edə və Qəzzanı silahsızlaşdıra
biləcəklərinə inanır”.