ABŞ Braziliya səfirinin vizasını ləğv edib

Baş səhifə

ABŞ Braziliya ilə artan diplomatik gərginlik fonunda Vaşinqtondakı Braziliya səfiri Mariya Luiza Ribeiro Viottinin vizasını ləğv edib.

APA xəbər verir ki, ABŞ Dövlət Departamentinin rəsmisinin sözlərinə görə, bu addım Braziliyanın prezident Donald Trampın Braziliyaya səfir təyin etdiyi namizədə diplomatik razılıq verməməsi və iki amerikalı diplomata viza verməkdən imtina etməsinə cavab olaraq atılıb.

Vaşinqton bunu qarşılıqlılıq prinsipi əsasında görülən tədbir adlandırıb və problemin həll olunacağı təqdirdə səfirin vizasının bərpa ediləcəyini bildirib.