14 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb

Baş səhifə

Bakı.Trend:

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitə və
psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata
keçiriblər.

Trend-in
məlumatına görə, tədbir zamanı qeyd edilən cinayət əməlini
törətməkdə şübhəli bilinən paytaxt sakini 45 yaşlı Emil Xəlilov
saxlanılıb.




Ondan ümumilikdə 14 kiloqram 815 qram tərkibinə psixotrop
maddələr əlavə edilən marixuana aşkarlanıb. E.Xəlilovun
narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından
satmaq məqsədi ilə əldə etdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.