
Bakı.Trend:
2025-ci ilin dekabr ayı ərzində Qarabağ və Şərqi Zəngəzurda icra
edilən humanitar minatəmizləmə əməliyyatları nəticəsində 5,098.7 ha
ərazi təmizlənib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq ANAMA-dan
bildirilib.
Qeyd edilib ki, Qarabağ və Şərqi Zəngəzurda 4 169 ədəd mina və
partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
“Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 2025-ci ilin
dekabr ayı ərzində 4.4 ha ərazi təmizlənib, 5 ədəd mina və
partlamamış hərbi sursat aşkarlanıb”,-deyə qurumdan əlavə
olunub.


