
Bakı.Trend:
Sumqayıt-Bakı istiqamətində səfər edən sərnişinlərin sayında
gündəlik 10%-ə yaxın artım qeydə alınıb.
Trend xəbər
verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, Abşeron dairəvi dəmir yolu xətti üzrə yeni
qrafikin tətbiqi nəticəsində rekord sayda sərnişin daşınıb.
“15-21 sentyabr həftəsində Abşeron dairəvi marşrutu üzrə
ümumilikdə 231 655 sərnişin, o cümlədən 16 sentyabrda 42 490
sərnişin səfər edib. Bu, həm həftəlik, həm də günlük rekord
göstəricilərdir.
Bundan başqa, reys sayının artırılması nəticəsində ötən ilin
eyni dövrü ilə müqayisədə qatarlardakı sıxlıq 18 faiz
azalıb”,-məlumatda qeyd olunub.

