"Mühəndis İsmayıl" öldürüldü

Baş səhifə

ABŞ-ın 5 milyon dollar mükafat təyin etdiyi “Əş-Şabab” qruplaşmasının üzvü Abdullahi Osman Məhəmməd Somalidə öldürülüb.

Modern.az xəbər verir ki, bu barədə Somali kəşfiyyatı açıqlama yayıb. 

Açıqlamada daha çox “Mühəndis İsmayıl” adı ilə tanınan terrorçunun xüsusi əməliyyatda zərərsizləşdirildiyi vurğulanıb.