Bakı. Trend:
Rusiya imperatoru II Nikolayın kolleksiyasına aid Faberjenin
“Qış yumurtası” Londonda 19,5 milyon funt sterlinqə (25,7 milyon
dollar) satılaraq bu növ zərgərlik məmulatları üçün yeni rekord
müəyyən edib.
Trend xəbər verir
ki, bu barədə “Christie’s” hərracından sonra hərrac mütəxəssisi Yu
Ge Van məlumat verib.
Onun sözlərinə görə, komissiya da daxil olmaqla, alıcı əşya üçün
ümumilikdə 22,9 milyon funt sterlinq (30,2 milyon dollar)
ödəyəcək.
Qeyd olunub ki, “Qış yumurtası” II Nikolayın anası, imperatriça
Mariya Feodorovnaya 1913-cü il Pasxa bayramı münasibətilə hədiyyə
edilib. Yumurtanın gövdəsi qaya büllurundan hazırlanıb və içi
brilyantlarla bəzədilib.

