
Bakı. Trend:
Yəmənin ərazi suları yaxınlığında Hindistan gəmisi atəşə
tutulub, bütün dənizçilər xilas edilib.
Bu barədə Hindistanın Limanlar, Gəmiçilik və Su Yolları naziri
Sarbananda Sonoval “X” sosial şəbəkəsində yazıb.
“Yəmən suları yaxınlığında Hindistana məxsus “Faize Noore Oliya”
gəmisinə atəş açılıb, nəticədə gəmi çevrilib və batıb”, – deyə o
bildirib.
Nazirin sözlərinə görə, 13 hindistanlı da daxil olmaqla, 14
dənizçinin hamısı Yəmən Sahil Mühafizəsi tərəfindən təhlükəsiz
şəkildə xilas edilərək Mokha limanına aparılıb.
S. Sonoval əlavə edib ki, “Hindistan müdafiəsiz
mexanikləşdirilmiş yelkənli gəmiyə edilən bu səbəbsiz hücumu
qətiyyətlə pisləyir. Vətəndaşlarımızın təhlükəsizliyi bizim üçün
əsas prioritetdir”.

