UNESCO-nun mənzil qərargahında Memar Əcəminin anadan olmasının 900 illiyi münasibətilə sərgi açılıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Dekabrın 15-də Parisdə UNESCO-nun mənzil qərargahında UNESCO-nun
yubileylər proqramına daxil edilmiş Memar Əcəmi Naxçıvaninin anadan
olmasının 900 illiyi münasibətilə təşkil olunmuş sərginin açılış
mərasimi keçirilib.




Trend bu barədə
UNESCO üzrə Azərbaycan Milli Komissiyasına istinadən xəbər
verir.

Sərgi Milli Komissiyanın dəstəyi ilə təşkil olunub.