“İmişli” – “Karvan-Yevlax” matçında qalib müəyyənləşməyib

Baş səhifə

Bakı. Trend:

Misli Premyer Liqasının 15-ci turu çərçivəsində keçirilən
“İmişli” – “Karvan-Yevlax” qarşılaşması başa çatıb.

Trend xəbər
verir ki, oyunda qalib müəyyənləşməyib və tərəflər hərəyə bir qol
vurmaqla 1:1 hesablı heç-heçə ilə kifayətləniblər.




Matçda hesab 29-cu dəqiqədə açılıb. “İmişli” klubunun futbolçusu
Dioqo Almeyda dəqiq zərbə ilə komandasını önə çıxarıb – 1:0. Lakin
qonaqlar fasiləyə qədər hesabı bərabərləşdiriblər. 39-cu dəqiqədə
“Karvan-Yevlax”ın üzvü Vadim Abdullayev fərqlənib – 1:1.

İlk hissə bu hesabla yekunlaşıb. İkinci hissədə tərəflər
üstünlük qazansalar da, hesab dəyişməyib və oyun 1:1 nəticəsi ilə
başa çatıb.