Bakı. Trend:
Bu ilin ilk 9 ayında ilkin gəlirlər balansı defisitli olub. Bu
dövrdə kəsirimiz 1,7 milyard dollar təşkil edib. Bu kəsr ötən ilin
eyni dövrünə nisbətən təxminən 14% daralıb.
Trend xəbər
verir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika
departamentinin direktoru Samir Nəsirov tədiyə balansının
açıqlanmasına həsr olunmuş brifinqə deyib.
“İlkin gəlirlər balansının kəsirini formalaşdıran əsas amil
neft-qaz sektorunda Azərbaycana yatırılmış birbaşa xarici
investisiyaların faiz repatriasiyası ilə əlaqədardır. Bu dövrdə 2
milyard dollara yaxın həcmində ölkəyə qoyulmuş birbaşa xarici
investisiyaların faiz repatriasiyası həyata həyata keçirilib”, – o
bildirib.
“Eyni zamanda bu dövrdə qiymətli kağızlar portfelindən
gəlirlərimiz artır. Bu ilin ilk 9 ayında qiymətli kağızlar
portfelindən gəlirlərimiz ötən ilin eyni dövrü ilə müqayisədə xalis
olaraq 7,4% artıb”, – S. Nəsirov əlavə edib.

