Bakı. Trend:
Dekabrın 12-də Ümummilli Lider, Azərbaycan tarixində misilsiz
xidmətləri olan dahi şəxsiyyət, Azərbaycan Qızıl Aypara
Cəmiyyətinin Fəxri Üzvü olmuş Heydər Əliyevin anım günü ilə
əlaqədar məzarı Fəxri Xiyabanda ziyarət edilib.
Trend xəbər verir
ki, AzQAC rəhbərliyi, çoxsaylı kollektivi, üzvləri və könüllüləri
Ulu Öndərin abidəsi önünə çiçəklər düzüb, onun ruhuna dualar
oxuyub.
Xatırladaq ki, ötən ayın 19-da Bakı şəhəri Türk Dövlətləri
Təşkilatının (TDT) XI Zirvə Görüşündə təsdiq edilmiş Türk Qızıl
Aypara Şəbəkəsinin (TQŞ) yüksək səviyyəli toplantısına ev sahibliyi
edib.
Tədbir proqramı ulu öndər Heydər Əliyevin Fəxri Xiyabanda
məzarını, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid
olmuş qəhrəmanların xatirəsinə ehtiram əlaməti olaraq Şəhidlər
Xiyabanının və Türk Şəhidliyinin ziyarəti ilə başlamışdır.

