Ceyhun Bayramov Macarıstana işgüzar səfərə yola düşüb

Baş səhifə
Ceyhun Bayramov Macarıstana işgüzar səfərə yola düşüb

10 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Macarıstana işgüzar səfərə yola düşüb.

Səfər çərçivəsində 11 dekabr tarixində Azərbaycan-Macarıstan Strateji Dialoqunun üçüncü iclasının, nazir Ceyhun Bayramov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.