Fişəng anbarında partlayış – 2 nəfər öldü

Baş səhifə

Rusiyanın Vladikavkaz şəhərində fişəng anbarında partlayış baş verib.

Modern.az xəbər verir ki, partlayış nəticəsində 2 nəfər həlak olub. Həlak olanların cəsədləri dağıntılar altından çıxarılıb.

Yaralıların sayı isə 14-ə çatıb.

Partlayışın açıq alovla ehtiyatsız davranma nəticəsində baş verdiyi ehtimal edilir.