Bakı. Trend:
Əməyin mühafizəsi normaları və qaydaları tətbiq edilən iş
yerlərinin siyahısı genişləndiriləcək.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər
komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə
olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun
layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, Əmək Məcəlləsi ilə və digər normativ hüquqi
aktlarla müəyyən edilmiş əməyin mühafizəsi normaları və qaydaları
mütləq inzibati tənbeh və ya cəza növü kimi ictimai işləri yerinə
yetirən şəxslərin çalışdıqları bütün iş yerlərində tətbiq
edilməlidir.

