
Bakı. Trend:
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-yə səfər
çərçivəsində “Amazon Web Services” (AWS) şirkətinin ümumdünya
dövlət sektorunda texnologiyalar üzrə vitse-prezidenti Dominik
Delmolino ilə görüş keçirib.
Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən
məlumat verilib.
Görüş zamanı “bulud” infrastrukturunun inkişafı, dövlət
xidmətlərində rəqəmsal transformasiya, kibertəhlükəsizlik
imkanlarının gücləndirilməsi və innovasiya ekosisteminin
genişləndirilməsi üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.

