Bakı. Trend:
Türkiyə müdafiə sənayesi məhsullarnın ixracında rekorda imza
atıb
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Türkiyə Respublikasının Prezident
Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün
bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Yanvar-noyabr ayları arasında ixracımız ötən ilin eyni dövrü
ilə müqayisədə 5 milyard 733 milyon dollar səviyyəsindən 30 faiz
artımla 7 milyard 445 milyon dollara çatıb”- deyə o bildirib.
Haluk Görgünün sözlərinə görə, Türkiyə müdafiə sənayesi
məhsullarının ixracı dekabr ayında ötən ilin eyni dövrü
iləmüqayisədə 22 faiz artaraq 747 milyon dollara çatıb.

