Fransanın keçmiş prezidentinin mənzili qarət edilib

Baş səhifə

Bakı. Trend:

Fransanın keçmiş prezidenti (2012-2017) Fransua Ollandın
Parisdəki mənzilinə oğrular girib.

Trend-in
məlumatına görə, bu barədə “BFMTV” televiziya kanalı xəbər
verib.




Hadisə 22 noyabrda baş verib. Oğurlanan əşyaların tam siyahısı
mövcud deyil, lakin keçmiş prezidentin saatının onların arasında
olduğu məlumdur. Keçmiş dövlət başçısının ətrafı jurnalistlərə
bildirib ki, polis müdaxiləsi sayəsində “ciddi nəticələrin qarşısı
alınıb”.

Oğrular törədilən cinayətdən təxminən bir həftə sonra
tutulublar. Oğurlanan saat axtarış zamanı tapılıb və Ollanda
qaytarılıb. Əslən Əlcəzairdən olan hər iki şəxsə qarşı ittiham
irəli sürülüb.