
Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə idarəetməsi
departamentinə direktor təyin edilib.
Bu barədə Trend AMB-dən məlumat əldə edib.
Məlumata əsasən, yeni təyinatla bağlı AMB-nin sədri Taleh
Kazımov əmr imzalayıb.
Beləliklə, əmrə əsasən, qurumun maliyyə idarəetməsi
departamentinin direktoru vəzifəsi Mehriban Canməmmədovaya həvalə
olunub.

