Premyer Liqa: “Turan Tovuz” təxirə salınmış oyunda “Qəbələ”ni məğlub edib

Baş səhifə
Premyer Liqa: Turan Tovuz təxirə salınmış oyunda Qəbələni məğlub edib

“Turan Tovuz” Misli Premyer Liqasının XIV turundan təxirə salınmış oyunda qələbə qazanıb.

“Report”un məlumatına görə, Kurban Berdıyevin baş məşqçisi olduğu kollektiv səfərdə “Qəbələ” ilə üz-üzə gəlib.

Qəbələ şəhər stadionunda gerçəkləşən qarşılaşma qonaqların inamlı qalibiyyəti ilə yekunlaşıb – 3:0.

Tovuz təmsilçisinin qollarını 9-cu dəqiqədə Alexandro Serrano, 18-ci dəqiqədə Filip Ozobiç vurub, 47-ci dəqiqədə Seydina Keyta avtoqol müəllifi olub.

Bu nəticədən sonra xallarının sayını 40-a çatdıran “Turan Tovuz” üçüncü pillədəki mövqeyini möhkəmləndirib. “Qəbələ” 15 xalla 10-cu sıradadır.