Ferstappen Qətər Qran-prisində növbəti qələbəsini əldə edib

Baş səhifə

Bakı. Trend:

Dünya çempionatının lideri olan Maks Ferstappen “Formula-1” üzrə
2025-ci il mövsümünün 23-cü mərhələsi – Qətər Qran-prisində növbəti
qələbəsini əldə edib.

Trend xəbər verir ki, yarış
Lusail trasında keçirilib və Ferstappen startdan finişə qədər
üstünlüyünü saxlayıb, yarışı inamla lider kimi tamamlamağı
bacarıb.




Podiumun ikinci pilləsinə “Maklaren” pilotu Oskar Piastri,
üçüncü yerə isə “Uilyams” komandasını təmsil edən ispaniyalı Karlos
Sains yüksəlib.

Mövsümün sonuncu – 24-cü mərhələsi 5-7 dekabr tarixlərində
Əbu-Dabidə keçiriləcək və dünya çempionatının yekun sıralamasına
aydınlıq gətirəcək.