
Bakı. Trend:
Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK)
infrastrukturuna edilən hücuma etiraz edib.
Trend-in
məlumatına görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin
saytında yayılan bəyanatda bildirilib.
Bəyanatda qeyd olunur ki, baş verənlər beynəlxalq hüquqla
qorunan mülki obyektə qarşı üçüncü təcavüz aktıdır.
Nazirlik XBKK-nın qlobal enerji sisteminin sabitliyinin
qorunmasında mühüm rol oynadığını vurğulayıb.
“Biz bu hadisəni Qazaxıstan Respublikası ilə Ukrayna arasındakı
ikitərəfli münasibətlərə zərər vuran addım kimi qiymətləndiririk və
Ukrayna tərəfinin bu kimi halların təkrarlanmaması üçün konkret
tədbirlər görəcəyini gözləyirik”, – bəyanatda qeyd olunub.

