
Bakı. Trend:
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin
evində axtarış aparılıb.
Trend-in məlumatına görə,
axtarış tədbirləri DTX tərəfindən həyata keçirilib.
Belə ki, Əli Kərimlinin evində axtarış aparılması Ramiz
Mehdiyevin DTX-də istintaq olunan cinayət işi ilə əlaqədardır.
Onun saxlanılması barədə hələlik məlumat yoxdur.
Əlavə məlumat veriləcək.
Xatırladaq ki, Səbail rayon məhkəməsi Ramiz Mehdiyev barədə
cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə
ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş
Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay
müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ
keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci
(cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə
ittiham olunur.

