
Bakı. Trend:
“Eurosport”un tanınmış ispan jurnalisti Alvaro Kolmenero UFC 324
turnirində yüngül çəki dərəcəsində baş tutacaq döyüşlərin tərkibini
açıqlayıb.
Trend-in
məlumatına görə, jurnalistin sözlərinə əsasən, turnirin ən çox
həyəcanla gözlənilən qarşılaşmalarından biri Castin Qetje ilə Paddi
Pimblett arasında olacaq.
“Çoxsaylı mənbələr mənə UFC 324-də Castin Qetje və Paddi
Pimblettin döyüşəcəyini bildiriblər. Fikrimcə, bu, turnirin əsas
hadisəsi olacaq. Mənim düşüncəmə görə, əgər Topuriya İslam
Mahaçevlə Ağ Evdə və ya Beynəlxalq Döyüş Həftəsində qarşılaşmasa,
bu döyüşün qalibi yaz və ya yay aylarında İliya ilə döyüşəcək”, – X
sosial şəbəkəsindəki “Championship Rounds” hesabı Kolmeneronun
fikirlərindən sitat gətirib.


