
“Qarabağ”ın qapıçısı Mateuş Koxalski UEFA Çempionlar Liqasının Liqa mərhələsində ən çox seyv edən qolkiperlər sırasında 11-ci yerə yüksəlib.
Metbuat.az xəbər verir ki, 24 yaşlı polşalı bu nəticəyə V turun “Napoli”yə qarşı səfər matçından (0:2) sonra nail olub.
Qapıçı İtaliyadakı qarşılaşmada, ümumilikdə, səkkiz zərbəni dəf edib.
Koxalski cari mövsümdə Liqa mərhələsində dəf etdiyi zərbələrin sayını 17-yə çatdırıb. Polşalı bu göstərici ilə turnirin 11-ci qapıçısıdır.
1. Nikita Haykin (“Budyo Qlimt”) – 31;
2. Xeronimo Rulyi (“Marsel”) – 29;
3. Tibo Kurtua (“Real Madrid”) – 22;
4. Nik Poup (“Nyukasl Yunayted”) – 21;
5. Neofitos Mixail (“Pafos”) – 20;
6. Marko Karnesekki (“Atalanta”) – 18;
7. Mark Flekken (“Bayer Leverkuzen”) – 18;
8. Nordin Yakers (“Brügge”) – 18;
9. Vanya Milinkoviç-Saviç (“Napoli”) – 18;
10. Anatoli Trubin (“Benfika”) – 18;
11. Mateuş Koxalski (“Qarabağ”) – 17.

