Bakı. Trend:
Vaşinqton və Kiyev arasında aparılan danışıqlar Ukrayna
münaqişəsinin sülh yolu ilə həlli üçün başlanğıc nöqtəsidir.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula
fon der Lyayen bildirib.
Lyayen ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə Ukrayna üzrə
sülh sazişi mövzusunda aparılan danışıqları alqışlayıb və qeyd edib
ki, bir neçə günlük müzakirələrdən sonra Avropanın artıq “bir
başlanğıc nöqtəsi” hesab etdiyi bir plan ortaya çıxıb.
“Son günlər Cenevrədə Ukraynanın, ABŞ-nin və bizim –
avropalıların gördüyü işlər sayəsində artıq bizim sülh sazişi üçün
başlanğıc nöqtəmiz var. Amma bilirik ki, daha çox səy
göstərilməlidir”,- deyə o vurğulayıb.
Fon der Lyayen danışıqlarda “Ukrayna, Amerika Birləşmiş Ştatları
və iradəli koalisiya” üçün Avropanın əsas tələblərini açıqlayıb.
Onun sözlərinə görə, heç bir sülh sazişi Ukraynanın silahlı
qüvvələrinin məhdudlaşdırılmasını nəzərdə tuta bilməz.

