BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə və piyadalara xəbərdarlıq edib

Baş səhifə

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı
xəbərdarlıq edib.

İdarədən Trend-ə bildirilib ki, 25-26 mayda tarixində Bakı və
Abşeron yarımadasında, eləcə də ölkənin bəzi bölgələrində müşahidə
olunacaq hava şəraiti yol hərəkətinin təhlükəsizliyinə ciddi təsir
göstərərək qəza riskini artırır.

Bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət
iştirakçılarını daha diqqətli olmağa çağırır.

Sürücülərə tövsiyə olunur ki, hərəkət sürətini hava və yol
şəraitinə uyğun seçsinlər, ara məsafəsini artırsınlar, kəskin
manevrlərdən və əsassız ötmələrdən çəkinərək nəqliyyat vasitəsini
ehtiyatla idarə etsinlər. Görünmə məsafəsinin azaldığı hallarda
işıq cihazlarından düzgün istifadə edilməli, uzaq işıqlar qarşıdan
gələnlərə mane olmayacaq şəkildə tənzimlənməlidir.




Piyadalar isə yolu yalnız müəyyən olunmuş keçidlərdən keçməli,
məhdud görünmə şəraitində xüsusilə ehtiyatlı davranmalıdırlar.

Xüsusilə küləkli hava şəraitində moped, motosiklet və skuter
sürücüləri daha diqqətli olmalı, mümkün hallarda hərəkəti
məhdudlaşdırmalıdırlar. Güclü külək bu nəqliyyat vasitələrinin
idarə olunmasını çətinləşdirir və aşma riskini artırır.

Qeyd olunub ki, mövcud hava şəraitində hər bir məsuliyyətli
davranış mümkün yol-nəqliyyat hadisələrinin qarşısını almağa xidmət
edir.